QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"NEFTÇİ" "QARABAĞ"IN QAPISINA YOL TAPA BİLMİR (supersport.az,25.04.2009)

Bazar günü çempionatda maraqlı oyun baş tutacaq. Milli çempionatın iki ən qocaman komandası "Neftçi" - "Qarabağ" mübarizə aparacaq. Daim gərgin mübarizəyə, maraqlı mücadiləyə səbəb olan oyun bu dəfə də az maraq doğurmur. Supersport.Az-ın məlumatına görə, "Qarabağ" bazar günü Tofiq Bəhramov adına stadionunda qarşılaşacağı əbədi rəqibinə qarşı uğurlu oynayır. Belə ki, komanda sonuncu dəfə mərkəzi arenada "ağ-qara"lara 2005-2006 mövsümünün ikinci yarısının ilk matçında məğlub olub. Həmin oyundan sonra baş tutan 4 görüşün 3-ü qolsuzluqla başa çatıb. Digər matçda isə "Qarabağ" 2006-2007 mövsümündə kubok mücadiləsində 1:0 qələbə qazanıb. Göründüyü kimi, komanda 3 ildir mərkəzi arenada əsas rəqibinə məğlub olmamaqla yanaşı, qol da buraxmır.