QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" YENİDƏN AĞDAMA QAYIDIR (supersport.az, 12.05.2009)

Son turda Quzanlıda “Xəzər-Lənkəran”ı məğlub edərək 4-cü piləyə yüksələn “Qarabağ” artıq Bakıya qayıdıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun verdiyi məlumata görə, ikigünlük istirahətin ardından komanda sabahdan etibarən “Karvan”la son tur matçının hazırlıqlarına başlayacaq: “Düzdür, Yevlax Bakı ilə müqayisədə Ağdama daha yaxındır. Bu mənada son turun hazırlıqlarını da Quzanlıda keçə bilərdik. Lakin rəhbərlik belə qərara gəldi ki, futbolçular paytaxtda gəlib həm ab-havalarını yeniləsinlər, həm də 2 həftəyə yaxındır görmədikləri ailələri ilə görüşsünlər. Çünki, komanda 10 gündür sanki təlim-məşq toplanışında idi. Həftənin cümə ya da şənbə günü yenidən Quzanlıya qayıdacağıq. Oyun günü isə oradan Yevlaxa yollanacağıq”.