QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”la BATE-ni kim bir-birinə bənzətdi? [13.05.2009,qol.az]

“Qarabağ” klubunun adını xüsusi qeyd etmək lazımdır. Ağdam təmsilçisi cari mövsüm göstərdiyi oyun və tutduğu yolla digər klublardan  fərqləndi. İnanıram ki, onlar avrokuboklara vəsiqə qazanaraq orada Azərbaycanı layiqincə təmsil edəcəklər”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının sabiq baş məqşçisi Vaqif Sadıqov deyib. O, maraqlı paralellər apararaq ağdamlıları son Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı Belarus BATE-ylə müqayisə edib: “Qarabağ” öz dəsti-xətti ilə mənə BATE-ni xatırlatdı. Belaruslar da əsasən yerli futbolçulara üstünlük verirlər “Qarabağ” da. Özü də hər iki klub ilk növbədə yerli istedadların üzə çıxmasında, onların oynamasında maraqlıdırlar”.