QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl "Qarabağ"ın futbolçusunu necə təəccübləndirib? (fanat.az, 13.05.2009)

 

Fanat: "Qarabağ"ın son dövrlər qazandığı uğurlu nəticələrdə komandanın qış transferlərindən olan Rəşad Sadiqovun da payı az deyil. Uğurlu oyunu ilə azarkeşlərin və rəhbərliyin rəğbətini qazanan futbolçunu ötən gün klubun vitse-prezidenti Tahir Gözəl də müsahibəsində tərifləyib. Vitse-prezident Sadiqovun texnikasına valeh olduğunu bildirmişdi.
Gözəlin bu açıqlaması Rəşad üçün gözlənilməz olub: "Tahir bəyin açıqlamalarını oxudum. Açığı, mənim üçün gözlənilməz oldu. Təbii ki, klub rəhbərinin bu fikirləri mənim üçün qürurvericidir. Oyun vaxtı əlimdən gələnin ən yaxşısının etməyə çalışıram. Əlbəttə, Tahir bəyin bu fikri mənim üçün əlavə stimul oldu. Vitse-prezidentimizin böyük futbol biliyinə malik olduğunu nəzərə alsaq, onun fikirləri məni daha da məsuliyyətli olmağa məcbur edib. İnşallah, bundan sonra daha da yaxşısını eləməyə çalışacam. "Qarabağ"la Avropa gedib komandamızı ən yaxşı şəkildə təmsil etmək istəyirik".