QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Cəbrayılın müharibə veteranlarından “Qarabağ”a dəstək 20.05.2009,qol.az]

Son vaxtlar mayın 23-də keçiriləcək Azərbaycan kubokunun  final matçı öncəsi bu qarşıplaşma ətrafında müxtəlif söhbətlər gedir. “İnter”in çempionatdakı heyfini çıxmaq üçün alışıb yandığı gün  kimi aydındır. Digər tərəfdən isə onları qələbəsini “Xəzər-Lənkəran” da arzulayır. Çünki, bakılılar kuboka sahil olsalar, lənkəranlıların avrokuboklara yolu açılacaq. Deyilənə görə, matç günü “İnter”i dəstəkləmək üçün Lənkərandan 30 avtobus azarkeş Bakıya göndəriləcək. Bütün bu baş verənlər “Qarabağ”sevərləri də ayağa qaldırıb. Artıq Ağdamdan da xeyli fanatın final günü Respublika stadionuna gələcəyi məlum olub. Eyni zamanda qaçqın həyatı yaşayan, Bakıda və Suqmayıtda məskunlaşan Qarabağın digər rayonlarından qaçqın düşmüş qarabağlılar da oyun günü Ağdam klubunu yalqız buraxmayacaqlarını deyirlər. Bu gün isə “Qarabağ”a daha bir dəstək Cəbrayılın müharibə veteranlarından gəlib. Onlar son vaxtlar “İnter”-“Qarabağ” oyunu ətrafında gəzən söhbətlərə laqeyd qalmayıblar. Qol.Az-ın əməkdaşı ilə söhbətində Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy aşağıdakıları dedi: “Son vaxtlar oxuyuruq, eşidirik ki, nə bilim “İnter”i dəstəkləmək üçün Lənkərandan 30 avtobus azarkeş gələcək. Biz də Cəbrayı rayonunun döyüş veteranları olaraq bəyanat yaymışıq və bütün Qarabağ əhalisini mayın 23-də “Qarabağ”a dəstək olmağa çağırırıq. Cəbrayıl veteranları həmin gün stadionda olacaqlar və “Qarabağ”ı dəstəkləyəcəklər. İnanırıq ki, “Qarabağ” “İnter”i məğlub edərək Azərbaycan kubokunu qazanacaq və ölkəmizi Avropada layiqincə təmsil edəcək. Bununla bir daha Qarabağın Azərbaycan torpağı olduğunu düşmənlərimizə sübut edəcək”.