QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"ı bütün dünya dəstəkləyəcək (FANAT.AZ,23.05.2009)

Türkiyədən qonaqlar gələcək, Londonun küçələrində böyük ekranlar qurulacaq

"Qarabağ" veteranları hamını komandanı dəstəkləməyə çağırdı

Fanat: "Qarabağ" Avropaya vəsiqə verəcək son şansından yararlanmağa tam hazırdır. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, bu gün komanda hazırlıqlarını bitirərək oyun saatını gözləməyə başlayıb.
Qurban Qurbanov Zaur Həşimov istisna olmaqla heyətdə itkinin olmamasına sevinir. Komanda günün yeganə çalışması 18.00-da Suraxanı qəsəbə stadionunda keçirib. Təxminən 1 saat davam edən məşqdən sonra "Qarabağ" yenidən "Ruslan-93"ə yığışaraq oyun saatını gözləməyə başlayıb.
Qeyd edək ki, sabah baş tutacaq finala maraq yetərincə böyükdür. Oyunda stadionun tam olaraq dolması gözlənilir. Matça ölkə xaricində də maraq yetərincədir. "Qarabağ"ın oyununu izləmnək üçün xüsusi qonaqlar da gələcək. Belə ki, Ağdam klubunun koordinatoru Mehmet Akın sabiq iş yoldaşları - "Şəkərspor"un vitse-prezidenti Süleyman Tekgül və texnki koordinatoru Ercan Düzgör sabah Bakıya gəlib "Qarabağ"ın oyununu izləyəcək.
Cəbrayıldan olan "Qarabağ" veteranları bu gün bəyanat yayaraq hər kəsi "Qarabağ"ı dəstəkləməyə çağırıb.
Londonda yaşayan həmvətənlərimiz isə İngiltərənin paytaxtında qurlaşdırılmış böyük ekranda "Qarabağ"ı dəstəkləyəcəklərinə dair dünyaca məşhur "facebook" portalında məlumat yayıblar.