QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Cəmşid Məhərrəmov rəsmən “Qarabağ”da (16.06.2009)

Milli komandamızın və “Bakı”nın üzvü Cəmşid Məhərrəmov karyerasını başqa komandada davam etdirəcək. Qol.Az-ın əldə etdiyi məlumata görə, Məhərrəmov “Qarabağ” klubu ilə 2 illik müqavilə imzalayıb. Sözləşmənin maddi tərəfi barədə məlumat verilmir.
Xatırladaq ki, Cəmşid gənc yaşlarında “Qarabağ”ın heyətində çıxış edib. Ardınca “Karvan”a keçən Məhərrəmovun ulduzu “Bakı”da parladı. Məhz Haciyevskinin gəlişindən sonra əsas heyət üzvünə çevrilən Cəmşid çox keçmədən milli komandaya da dəvət aldı.
Məhərrəmov bu gündən etibarən "Qarabağ"ın məşqlərində iştirak edir.