QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" FƏRHAD VƏLİYEVİN "BUCASPOR"DA OYNAMASINA RAZILIQ VERMƏDİ (supersport.az,17.06.2009)

ƏMRAH ÇƏLİKƏL: “AZƏRBAYCAN PREMYER LİQASININ SƏVİYYƏSİ TÜRKİYƏNIN 1-Cİ LİQASINDAN AŞAĞI DEYİL Kİ…”

Futbol üzrə Azərbaycan yığma komandasının və “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev karyerasını Türkiyənin Bank Asiya 1-ci ligində davam etdirə bilməyəcək. “Bucaspor” klubu Vəliyevlə danışıqlar aparmaq üçün onu İzmirə dəvət etmişdi. Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Qarabağ" Fərhadın Türkiyə klubunda çıxışına razılıq verməyib. Ağdam komandasının direktoru Əmrah Çəlikəl bunu belə izah edib: "Fərhadla Türkiyənin Superliqa komandası maraqlansaydı, məmnuniyyətlə icazə verərdik. Onun özü də "Bucaspor"a getməyi istəmədi. Azərbaycan Premyer Liqasının səviyyəsi Türkiyənin 1-ci Liqasından aşağı deyil ki, Fərhad burdan ora getsin". Qeyd edək ki, Fərhad Vəliyev iyunun 2-də Kayseridə keçirilən Türkiyə-Azərbaycan oyununda “Bucaspor” nümayəndələrinin diqqətini cəlb etmişdi. Azərbaycan yığmasının 0:2 hesabıyla məğlub olmasına baxmayaraq, həmin qarşılaşmada qapıçı yaxşı oyunu ilə yadda qalmışdı. Oyun müddətində bir neçə dəfə yığmamızı real qol vəziyyətlərində xilas edən Vəliyev hətta Semih Şəntürkün yerinə yetirdiyi penaltini də qaytarmağa müvəffəq olmuşdu. Qarşılaşmadan sonra Türkiyə mediası məhz qapıçını Azərbaycan yığmasının heyətində ən yaxşı oyunçu seçmişdi.