QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” ölkə futbolu adına daha bir şərəfli səhifə yazdı” (apasport)
“Qarabağ”ın Avroliqanın üçüncü təsnifat mərhələsinə adlaması “Bakı” klubunun prezidenti Hafiz Məmmədovun da sevincinə səbəb olub. Apasport.az saytının məlumatına görə, Məmmədov Ağdam təmsilçisinin “Rusenborq“la oyunundan sonra fikirlərini bölüşüb.

"Avropa Liqasında ölkəmizi layiqli təmsil edən "Qarabağ"ın uğuru bizi hədsiz sevindirdi. Minlərlə, on minlərlə Azərbaycan futbolsevərini böyük sevincə qərq edən "Qarabağ"ı güclü rəqib üzərində əldə olunan möhtəşəm qələbə münasibəti ilə təbrik edirik. "Qarabağ" ölkə futbolu adına daha bir şərəfli səhifə yazdı. Bütün Azərbaycan azarkeşlərini təbrik edir, bu qələbələrin ardının gəlməsini arzulayırıq" - deyə “Bakı”nın prezidenti vurğulayıb.