QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində fırtına kimi əsir"
"Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində fırtına kimi əsir"

Fanat: "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışına Türkiyənin İzmitdə nəşr olunan qəzetləri də biganə qalmayıb. Fanat.az xəbər verir ki, bu gün "Özgür Kocaeli" qəzeti öz səhifələrində "Honka" - "Qarabağ" oyununa da yer verib.
"Kocaelispor"un heyətinə qatmaq istədiyi azəri futbolçu Rəşad Sadıqovun formasını geyindiyi "Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində fırtına kimi əsir. İkinci təsnfiat mərhələsində "Rusenborq"u 0:0 və 1:0-lıq hesablarla mübarizədən kənarlaşdıran "Qarabağ" oynadığı üçüncü matçda Finlandiya təmsilçisi "Honka"nı səfərdə məğlub etdi - 1:0. Rəşad bu oyunda mükəmməl performansıyla diqqəti çəkdi", deyə qəzet yazıb.
"Özgür Kocaeli" artıq Rəşadın "Kocaelispor"a dönüşünün çox çətini olduğunu qeyd edib: "Bu nəticə ilə Azərbaycan komandası mərhələ adlamaq üçün yaxşı şans qazanıb. Cavab matçı gələn həftə oynanılacaq. Bilindiyi kimi Rəşad "Qarabağ"la II təsnifat mərhələsinin oyunları üçün anlaşmışdı. Lakin komandası mərhələ adladığından anlaşmanı uzatmalı olmuşdu. "Qarabağ" III mərhələni də adlasa, böyük ehtimalla Rəşad yenə komandaya kömək edəcək. Bununla da Rəşadın "Kocaelispor"a dönüşü hər ötən gün daha da çətinləşir".