QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
EMRAH ÇELİKEL: “İNANIRAM Kİ, BU SƏDDİ DƏ KEÇƏCƏYİK”

 “QARABAĞ” PREMYER LİQADA İDDİALI OLMAYACAQ

“Bilirsiniz ki, Premyer Liqanın ilk turunda “Turan”la qarşılaşacağıq. Bu komanda da yarışda uğurlu çıxış etmək istəyir. “Turan”la oyun asan olmayacaq”. Supersport.Az-a açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel belə deyib. Klub rəsmisinin fikrincə, bu dəfəki çempionat daha gərgin keçəcək. Direktor komandasının yeni mövsümdən iddialı olmayacağını söyləyib: “Komandamızın əsasını gənclər təşkil edir. Yerli futbolçulara da üstünlük veririk ki, cəmi 1 legionerimiz var. “Qarabağ”a perspektivli və istedadlı futbolçular toplamışıq. İnşallah, onların nəticəsini görərik. Bu mövsüm də belə olar”. Çelikel daha komandaya yeni futbolçu transfer etməyəcəklərini qeyd edib.
Klub rəsmisi Avroliqada “Qarabağ”ın “Honka” səddini keçəcəyinə inamını ifadə edib: “Komandamız Helsinkidə qələbə qazanmasına baxmayaraq, Bakıdakı oyuna qalibiyyət üçün çıxacaq. Qəti arxayınlaşmaq olmaz. Əks halda, bu, bizə baha başa gələ bilər”. O, bildirib ki, komandada əhval-ruhiyyə yüksəkdir və hər hansı problem yoxdur: “Azərbaycanı Avropada layiqli təmsil etməyi davam etdirməliyik. Bunun üçün bütün gücümüzlə çalışırıq. İnanırıq ki, növbəti mərhələyə də çıxa biləcəyik. Azarkeşlərdən dəstək gözləyirik”.