QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Müşfiq Hüseynov: "Qarabağ"ı saxlamaq çətin olacaq (fanat.az)

Ağdam klubunun məşqçisi rəqiblərini hədələdi

Fanat: "Qarabağ" hər zaman döyüşkən komanda olub. Hələ 10 il bundan qabaq çətin durumda belə vuruşaraq nəticə qazanmışıq. Avrokuboklarda püşk atılanda heç kim bizə inanmırdı. Amma, sübut etdik ki, futbolda hər şey mümükündür". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Müşfiq Hüseynov deyib.
"Qabaqdan çempionat gəlir. 32 oyunluq marafonda çalışmalıyıq ki, avrokuboklarda qazandığımız nüfuzu qoruyaq. Bizdə əla kollektiv var. Hər kəs bir-birini həm meydanda, həm də kənarda yaxşı anlayır. İnanıram ki, avrokuboklarda yaxaladığımız ruhu saxlaya bilsək, çempionatda bizim qarşımızı kəsən olmayacaq. Bütün rəqiblərimizə hörmətimiz var. Amma "Qarabağ" artıq fərqini çempionatda da ortaya qoyacaq".