QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` `Ultraslan`a təşəkkür etdi (supersport.az)

`Qarabağ`ımız Avrokuboklarda uğur qazanması ölkəmiz üçün böyük qürur qaynağı oldu. Dünyanın tanınmış klublarından `Rusenborq`u sıradan çıxardan, Finlandiyanın `Honka`sına aman verməyən, Hollandiyanın `Tvente`sini şoka salan komandamız bu uğura gedən yolda aldığı dəstəyin böyük rolu oldu. Heç şübhəsiz, bu baxımdan `Ultraslan` fanat dərnəyinin fəallığını xüsusi qiymətləndirmək lazımdır. Belə də, klubumuz adı çəkilən fanklubun prezidenti Ceyhun bəyə `Ultraslan`a xüsusi təşəkkür plaketi təqdim edib. `Qarabağ`ımızın uğurlarının memarı Qurban Qurbanov `təşəkkürnamə`ni Ceyhun bəyə təqdim edərkən başçılıq etdiyi fankluba verdiyi dəstəyə görə təşəkkür edib. Futbolda azarkeş amilini xüsusi vurğulayan Qurban bəy `Ultraslan`ın canfəşanlığının onlara meydanda böyük köməyinin olduğunu ifadə edib. Ceyhun bəy isə öz növbəsində plaketə görə təşəkkürünü bildirdi. Bunun onlar üçün böyük anlam daşıdığını bildirdi. `Qarabağ`ın bu addımından duyğulandığını və gələn il `Qarabağ`ın avrokuboklarda çıxışını səbirsizliklə gözlədiyini bildirdi. Ceyhun bəy `Qarabağ`ın bu mənəvi hərəkətindən sonra əməklərinin boşa getmədiyinə görə daha da cani-qəlblə çalışacaqlarını və klublarımızı, xüsusilə `Qarabağ`ı özəlliklə dəstəkləyəcəyini bildirdi. Ceyhun bəy eyni zamanda bu addımın başqa klublara nümunə olacağına inandığını da bildirdi.