QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadıqov cəmi 15 dəqiqə oynadı! (korner.az,23.09.09)
Sonuncu dəfə millinin Almaniyaya qarşı oyununda meydana çıxan Rəşad Sadıqov bu gün yaşıl meydanlara qayıdıb. “Korner.az”ın verdiyi xəbərə görə, təcrübəli müdafiəçi təxminən bir aylıq fasilədən sonra bu gün, Premyer-Liqanın II turundan təxirə salınmış “Qarabağ” - “Qəbələ” matçında meydana çıxıb. Baş məşqçi Qurban Qurbanovun ona əsas heyətdə yer verib. Ancaq 27 yaşlı futbolçunun debütü uğursuz alınıb. Cəmi 15 dəqiqə meydanda olan müdafiəçi zədələnərək yerini Admir Teliyə verməli olub.