QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” 1-ci, “Bakı” 2-ci yerdə, “Neftçi” isə yerində sayır (apasport.az, 30.09.2009)
Azərbaycan klublarının reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkənin ən yaxşı statistiklərindən sayılan Rasim Əliyev son 1 ilin ən yaxşı komandalarının cədvəlini hazırlayıb. Klublarımızın bu müddətdə keçirdiyi çempionat, kubok və avrokubok oyunlarındakı nəticələrinə əsasən aparılan hesablamalar “Qarabağ”ın ən güclü olduğunu müəyyənləşdirib.

Ötən ayla müqayisədə, sentyabrda Premyer Liqada çıxışına start verən “Qarabağ” daha çox – 2,5 xal qazanıb. Ağdam təmsilçisi “Standard”, “Turan”, “Bakı” üzərindəki qələbə və “Qəbələ” ilə əldə olunan heç-heçə nəticəsində reytinq cədvəlinə uyğun olaraq 3,5 xal əldə edib. Lakin reytinq hesablamasına uyğun olaraq, ötən mövsümdəki “Qəbələ” üzərindəki qələbə silindikdən sonra “Qarabağ”ın topladığı xal 2,5-ə enib. Nəticədə, cədvəldə xalını 55,5-ə yüksəldən “Qarabağ” liderliyini daha da möhkəmləndirib.

Cədvəldə yeganə yerdəyişmə “Simurq”a məxsusdur. Bu ay keçirdiyi hər 3 oyunda qələbə qazanan zaqatalalıların ötən mövsümdə “Qarabağ” üzərindəki qələbəsi silindikdən sonra topladıqları 2 xalla “Xəzər-Lənkəran”ı üstələyə bilib. Bundan əlavə, sentyabrda “Bakı”, “İnter”, “Olimpik-Şüvəlan”, “Turan” hərəyə 0,5, “Qəbələ” 1, “Muğan” 1,5 xal əldə edib. “Neftçi”, “Standard” və MOİK-in topladıqları xallarda heç bir dəyişiklik olmayıb. Ötən ay “Xəzər-Lənkəran”, “Karvan” və “Bakılı” üçün uğursuz olub.

Oktyabr ayının 1-ə olan reytinq cədvəli

1.(1). Qarabağ 55.5 (53.0)
2.(2). Bakı 37.0 (36.5)
3.(3). İnter 28.0 (27.5)
4.(5). Simurq 20.0 (18.0)
5.(4). Xəzər-Lənkəran 18.0 (19.0)
6.(6). Olimpik-Ş 17.0 (16.5)
7.(7). Neftçi 16.5 (16.5)
8.(8). Qəbələ 16.5 (15.5)
9.(9). Standard 11.5 (11.5)
10.(10). Karvan 8.5 (9.0)
11.(11). Turan 8.0 (7.5)
12.(12). Muğan 7.0 (5.5)
13.(13). Bakılı 4.0 (4.5)
14.(14). MOİK 1.0 (1.0)