QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin İmaməliyev: Çalışıb ən yaxşısını etməliyəm (apasport.az)
Ağdamın “Qarabağ” klubunun futbolçuları Rəşad Sadıqovla Emin İmaməliyev bir həftədən sonra məşqlərə başlayacaq. Apasport.az saytının məlumatına görə, Emin “Turan”la səfər, Rəşad “Qəbələ” ilə ev oyununda zədə alıqdan sonra komandanın hazırlıq prosesindən kənarda qalıb.

Nəticədə milli komandamızın kapitanı olan Sadıqov Lixtenşteyn və Rusiya ilə rəsmi oyunlara çağırılan heyətdən çıxarıldı. Milli komandamıza daha dəvət almayan İmaməliyev Sadıqov kimi bir həftədən sonra yüngül çalışmalara başlaya biləcək. Emin klubunun rəsmi saytına açıqlamasında zədəsinin tam sağalmasının istədiyini bildirib: “Açığı, tam sağaldıqdan sonra məşqə başlamaq istəyirəm. Ardıcıl iki dəfə zədələndim. Əzələmi tam bərpa etdikdən sonra məşqlərə başlamaq istəyirəm. Həkim deyib ki, hələ bir həftə dincəlməliyəm. Ona görə də çalışıb ən yaxşısını etməliyəm”.

Qeyd edək ki, UniBank Premyer Liqasında yaranan fasiləyə baxmayaraq məşqlərini davam etdirən “Qarabağ” Bakıda hazırlıq keçir. Komandanın digər zədəli futbolçularından Zaur Həşimov tam gücü ilə məşq etmir və üç gündən sonra qrup halında çalışmalara qatılacaq. Ayxan Abbasovun da qayıdışı Sadıqov və İmaməliyevdən tez olacaq.