QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” dünya reytinqində daha 20 pillə irəlilədi(qol.az)

Bu gün Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyaları klubların növbəti dünya reytinqini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ilk 350 klub arasında yeganə təmsilçimiz olan “Qarabağ” ötən ayla müqayisədə 20 pillə irəliləyərək, 259-cu yerə qalxıb. Hazırda Ağdam klubunun hesabında 76,5 xal ver. Zimbabvenin “United Harara” və Şotlandiyanın “Folkrik” klubları da yeni xala malikdirlər. Ötən ay 139 pillə irəliləyən “Qarabağ” hazırda dünya reytinqində Fransanın “Oser”, “Valansyen”, Şotlandiyanın “Aberdin”, İngiltərənin “Uiqan”, “Stok Siti”, “Bolton”, “Vest Hem”, Rumıniyanın “Rapid” (Buxarest) və Rusiyanın “Moskva” klubu kimi tanınmış kollektivləri geridə qoyub.
Dünya reytinqinə isə əvvəki kimi İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. “Barselona” ikinci, ötən ayla müqayisədə bir pillə irəliləyən “Çelsi” isə üçüncüdür. Türkiyə klublarından “Qalatasaray” 11-ci, “Fənərbaxça” 49-cu, “Beşiktaş” isə 139-cu pillədədir.