QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ”la Zimbabve klubunu nə birləşdirir? (apasport.az)
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son bir ilin ən yaxşı 350 komandası arasında Azərbaycan kubokunun qalibi “Qarabağ” da yer alıb.

Bir ay əvvəl siyahıya daxil olan və 279-cu sırada qərarlaşan Ağdam klubu axırıncı bir ayda 20 pillə irəliləyərək, 259-cu yerə yüksəlib. Hesabında 76,5 xal olan “Qarabağ” Şotlandiyanın “Falkirk” və Zimbabvenin “Harara Yunayted” klubları ilə eyni pilləni bölüşür.

Siyahının lideri isə dəyişməyib. IFFHS-də birinci yeri yenə İngiltərənin “Mançester Yunayted” klubu tutur - 348 xal. İspaniya “Barselona”sı 328, İngiltərə “Çelsi”si 298 xalla liderin ən yaxın izləyiciləridir.

Türkiyə təmsilçilərindən “Qalatasaray” 12-ci, “Fənərbaxça” 49-cu, “Beşiktaş” 139-cu, “Sivasspor” 196-cı, “Trabzonspor” 247-ci, “Bursaspor” 291-ci pilləyə sahib çıxıb.