QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ"DAN ÇEMPİONLUQ TƏLƏB EDİRLƏR (supersport.az)

"Qarabağ" Futbol Klubu cari mövsümə fırtına kimi başlayıb.

Gənclərdən ibarət kollektiv Premyer Liqada 2-ci sırada məskunlaşıb. Çempionatın ən az qol buraxan komandası hər kəsin rəğbətini qazanıb. Təsadüfi deyil ki, bu səbəbdən klubun saytında keçirilən sorğuda iştirak edənlərin əksəriyyəti mövsümün sonunda "Qarabağ"ı çempion kimi görür. Səsverənlərin böyük qismi - 81,7 faizi komandanın sonda qızıl medalları boynundan asacağını düşünür. Medal və kubok gözləyənlər isə eynidir: 5,23 faiz. İlk 5-likdə "Qarabağ"ı görənlər isə 7,98 faizdir.