QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Xəzər-Lənkəran»la oyunöncəsi «Qarabağ»da şənlikdi (korner.az)
Cümə günü “Xəzər-Lənkəran”ı qəbul edəcək “Qarabağ” “Karvan”la səfər matçından sonra Bakıya qayıtmayaraq, birbaşa Ağdama yollanıb. Komanda oyun gününə qədər Quzanlıda qalacaq. 
Bu gün bir məşq planlaşdırılıb. Saat 15:00-a təyin olunan hazırlıqda yalnız Rəşad Sadıqov iştirak etməyəcək. Komandanın digər zədəliləri artıq sağalıblar. Premyer Liqanın 2-ci turunda - «Turan»la oyunda zədələnərək sıradan çıxan Emin İmaməliyev də meydana çıxmağa hazırdı. Eyni zamanda, digər zədəli - kapitan Aslan Kərimov da sağalıb. Onun da «Xəzər-Lənkəran»la oyunda meydana çıxması baş məşqçi Qurban Qurbanovun qərarından asılıdı.