QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” - “Xəzər-Lənkəran” oyunu heç-heçə bitəcək!!! (apasport.az)
Xəzər-Lənkəran” klubunun milli çempionatlar tarixində oktyabrda keçirdiyi son oyunları ilə bağlı maraqlı məqam var. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisi ilin X ayında keçirdiyi son görüşlərdə adətən heç-heçə edir. 2004-cü ildən yaranan “Xəzər-Lənkəran”ın oktyabrda keçirdiyi son 5 oyunun hamısında bərabərlik qeydə alınıb. Maraqlıdır ki, bu oyunlardan 4-ü, səfərdə keçirilən görüşlərin hamısı qolsuz heç-heçə ilə nəticələnib.

Məlum olduğu kimi, “Xəzər-Lənkəran” Unibank Premyer Liqasının IX turu çərçivəsində oktyabrın 30-da Ağdamda yerli “Qarabağ” klubunun qonağı olacaq. Statistikaya inansaq, “Xəzər-Lənkəran” Quzanlı qəsəbə stadionunda keçirəcəyi həmin vacib görüşdə heç-heçə edəcək, özü də qol da vura bilməyəcək.

“Xəzər-Lənkəran”ın oktyabrda keçirdiyi son çempionat oyunları

30.10.2004 MKT-Araz (səfərdə) 0:0
29.10.2005 MOİK (s) 0:0
28.10.2006 İnter (evdə) 0:0
28.10.2007 Standard (e) 2:2
26.10.2008 Bakı (s) 0:0