QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” - “Xəzər-Lənkəran”: 6:5, yoxsa 5:6? (apasport.az)
Ağdamın “Qarabağ” klubunun Unibank Premyer Liqasının növbəti turu çərçivəsində rəqibi olan “Xəzər-Lənkəran”la oyunlarda uğurlu seriyaya malikdir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi prinsipial rəqibi ilə son 3 görüşdə meydanı qalib tərk edib.

Bu seriya 2007/08 mövsümünün ikinci yarısında Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qoyulub. Həmin vaxt türkiyəli mütəxəssis Rasim Karanın baş məşqçisi olduğu “Qarabağ” Vaqif Cavadov və Zaur Həşimovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlmişdi. Növbəti dəfə “Xəzər-Lənkəran”ı Vaqif Cavadov, Zaur Ramazanov və türkiyəli Sedat Saininin vurduğu qollarla iki top fərqi ilə yenəndə (3:1) isə Kara artıq əks düşərgədə idi.

Mövsüm öncəsi “Qarabağ”ı ataraq cənub klubunun sükanı arxasına qayıdan Karaya Lənkəranda həmin 1:3 hesablı məğlubiyyət istefa bahasına başa gəldi. Belə ki, həmin oyundan sonra “Xəzər-Lənkəran”la yollarını ayıran 59 yaşlı türkiyəli məşqçi ölkəmizdə fəaliyyətini başa vurdu və vətəninə qayıtdı. Həmin uğuru qazanan, Karanı “Qarabağ”ın sükanı arxasında əvəzləmiş Qurban Qurbanov növbəti qələbəni keçmiş baş məşqçisi üzərində qazandı. Söhbət “Xəzər-Lənkəran”ı ötən mövsümün ikinci dövrəsində baş məşqçisi olmuş İqor Ponomaryovdan gedir. Həmin oyunda qələbə topunun müəllifi sonradan meydana çıxaraq təcrübəli makedoniyalı yarımmüdafiəçi Artim Şakiri olub. Yeri gəlmişkən, bu, “Qarabağ”ın hazırda ad ev oyunlarını keçirdiyi Quzanlıda qazandığı ilk qələbə kimi tarixə düşdü.

Qeyd edək ki, indiyə kimi bu komandalar arasında keçirilən 10 oyunda tərəflər bərabər sayda – hərəyə 5 dəfə qalib gəliblər.

“Qarabağ” və “Xəzər-Lənkəran” arasında keçirilmiş oyunlar

2004/05 mövsümü

“Qarabağ” – “Xəzər-Lənkəran” – 3:1
“Xəzər-Lənkəran” – “Qarabağ” – 3:0

2005/06 mövsümü
“Qarabağ” – “Xəzər-Lənkəran” – 2:1
“Xəzər-Lənkəran” – “Qarabağ” – 2:0

2006/07 mövsümü
“Xəzər-Lənkəran” – “Qarabağ” – 2:0
“Qarabağ” – “Xəzər-Lənkəran” – 1:4

2007/08 mövsümü
“Xəzər-Lənkəran” – “Qarabağ” – 2:0
“Qarabağ” – “Xəzər-Lənkəran” – 2:0

2008/09 mövsümü
“Xəzər-Lənkəran” – “Qarabağ” - 1:3
“Qarabağ” – “Xəzər-Lənkəran” – 1:0