QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” - “Xəzər Lənkəran”: bu dəfə də "sülh" olmayacaq? (qol.az)
Unibank Premyer Liqanın IX turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Xəzər Lənkəran” oyunu tərəflərin 11-ci qarşılaşması kimi tarixə düşəcək. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bugünədək baş tutan qarşılaşmalardan heç birində heç-heçə qeydə alınmayıb. 
2004-2005 mövsümündə baş tutmuş ilk oyunda “Qarabağ” rəqibinə 3:1 hesabıyla qalib gəlsə də, səfərdə meydanı böyükhesablı məğlubiyyətlə (0:3) tərk etdi.
Növbəti mövsümdə "Şəfa" stadionunda keçirilən matçda 2:1 hesabı ilə qələbə qazanan “Qarabağ”, cavab qarşılaşmasında 2:0-lıq məğlubiyyətlə üzləşdi.
2006-2007 mövsümündə isə hər iki oyunda “Xəzər Lənkəran” qalib gəlib - 2:0 və 4:1.
2007-2008 mövsümündə isə hər iki oyun 2:0 hesabıyla başa çatıb və tərəflər hərəyə bir qol vurublar.
Ötən mövsümün hər iki matçını isə Ağdam klubu qələbəylə başa vurdu - 3:1 və 1:0.
Oyunlarda tərəflərdən heç birinin üstünlüyü olmasa da, vurulan qollarda “Xəzər Lənkəran” üstündür. Geridə qalan 10 matçda 16 qol vuran cənub təmsilçisi öz qapısında 12 qol görüb.