QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanov: “Rauf Əliyev qol vurduğu epizodda çox yaxşı oynadı” (qol.az)

“Bu oyuna çox yaxşı hazırlaşmışdıq. Rəqibimiz hər nə qədər güclü olsa da, qələbə qazanmaq istəyirdik. Şadam ki, istəyimizə nail olduq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”la oyunsonrası mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Gənc mütəxəssis qol vurulan epizodda Rauf Əliyevin yaxşı oynadığını bildirib: “Uşaqlar meydanda yaxşı mübarizə apardılar. Rauf Əliyev də qol vurduğu epizodda çox yaxşı oynadı. Onun matça daxil olmasından sonra oyunumuz daha da canlandı”.