QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Oxucularımız “Qarabağ”ın “Xəzər Lənkəran”a qalib gələcəyini düşünürlər (qol.az)

Qol.Az saytı “Qarabağ” - “Xəzər Lənkəran” oyunu necə nəticələnəcək?” adlı internet-sorğunu başa çatdırıb. 5 gün ərzində davam edən sorğuda 650 dəfə səs verilib. Sorğuda iştirak edənlərdən 396 nəfəri bugünkü qarşılaşmada Ağdam klubunun qələbə qazanacağını düşünür. Respondentlərin 183-ü (28.1%) isə “Xəzər Lənkəran”ın qələbəsini proqnozlaşdırır. Daha 71 nəfər (10.9%) matçın heç-heçə bitəcəyini düşünür.