QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
`Qarabağ` dünya reytinqində 4 pillə gerilədi (qol.az)

HAZIRDA 263-CÜ OLAN AĞDAM KLUBU SIRALAMADA “NANSİ”, “STOK SİTİ”, “OSASUNA”, “ANORTOSİS”, “SOŞO”, “SANTOS”, “MOSKVA”, “MALAQA”, “FEYENORD” KİMİ TANINMIŞ KLUBLARI QABAQLAYIR

Bu gün Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ötən ayla müqayisədə 4 pillə geriləyən Ağdam klubu hazırda İspaniyanın “Sportinq Xixon”, Fransanın “Loryen” və İngiltərənin “Uiqan” klubları ilə birgə 263-267-ci yerləri bölüşdürür. Hazırda hesabında 76 xal olan təmsilçimiz sıralamada “Nansi”, “Stok Siti”, “Osasuna”, “Anortosis”, “Soşo”, “Santos”, “Moskva”, “Malaqa”, “Feyenord” kimi tanınmış klubları qabaqlayır.
Reytinq cədvəlinə isə əvvəlki kimi “Mançester Yunayted” başçılıq edir. İkinci pillədə “Barselona” qərarlaşıb. İlk “3-lüy”ü isə ötən ayla müqayisədə iki pillə irəliləyən “Şaxtyor” (Ukrayna) qapayır. “Çelsi” dördüncü, “Hamburq” isə beşincidir.
Türkiyə kublarından “Qalatasaray” 11-ci, “Fənərbaxça” 33-cü, “Beşiktaş” 117-ci, “Sivasspor” 184-cü, “Trabzonspor” 245-ci, “Bursaspor” isə 250-cidir.