QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Klub rəhbərliyindən gənclərə dəstək (fanat.az)

"Qarabağ" rəhbərliyi və sponsorları "Sərhədçi" kompleksini ziyarət etdi

Fanat: "Qarabağ"ın vitse-prezidenti Tahir Gözel, direktoru Emrah Çelikel, klubun sponsoru "Azersun Holnding"in rəhbər heyətindən Rahmi Yaşar və Ercan Alkan "Sərhədçi" kompleksini ziyarət ediblər. Fanat.az xəbər verir ki, məqsəd yaxın vaxtlarda start götürəcək Azərbaycan birinciliyi öncəsi "Qarabağ"ın U-13, U-15 və U-17 komandalarına dəstək vermək olub.
İlk öncə "Qarabağ" uşaq futbolunun koordinatoru Hemdi Serpil Tüzün klub rəhbərliyinə uşaq futboluna göstərdiyi qayğı və diqqətə görə təşəkkür edib. Klub rəhbərliyinin ziyarətini onlar üçün böyük dəyər daşıdığını və bu qayğını çempionat zamanı ən yaxşı nəticələrlə dolğunlaşdıracaqlarını bildirib.
Vitse-prezident Tahir bəy gələcəyin futbol ulduzlarının bir-bir əllərini sıxaraq xitabında onlara gördükləri işin qədrini bilmələrini xüsusilə qeyd edib. "Qarabağ"da olmaqlarının bir fərqlilik olmasını, gələcəkdə bir şəxsiyyət kimi yetişmələrində hal-hazırda yaradılmış şəraitin önəmindən danışıb. Böyük futbolçu olmaq üçün ilk növbədə şəxsiyyət kimi formalaşmağın vacibliyini vurğulayığ. 
Sonra isə Ercan Alkan və Rahmi Yaşar gənc futbolçular önündə çıxış edib. Ercan bəy gəncliyində idmanla məşğul olduğunu, idmanın insanımızın həyatda rolunun mühumliyindən danışıb. Rahmi bəy isə "Qarabağ" adının Azərbaycan üçün vacibliyindən, hər bir gənc futbolçunun şərəfini qoruduğu klubun anlamından bəhs edib. Gənc futbolçuların uğurlarının "Qarabağ" azarkeşlərinin nə qədər sevindirəcəyini vurğulayıb.
Emrah Çelikel isə uşaq futbolunun "Qarabağ" üçün çox önəmli olduğunu, yeni Maksimlər, Rauflar, Əfranların peyda olması üçün hər şeyin özlərinin əlində olduğunu vurğulayıb.
Sonda isə U-17, U-15, U-13 kapitanları - Elmin Əlizadə, Vüqar Mövlamov və Rəşad Vəliyev çıxış edərək klub rəhbərliyinə təşəkkür edərək, onlara ən yaxşı nəticlərlə sevindirəcəklərinə söz veriblər.