QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” rəhbərliyi gənc futbolçularla görüşüb (qol.az)

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl, “Azersun Holding”in rəhbər heyətindən Rahmi Yaşar və Ercan Alkan “Sərhədçi” idman kompleksini ziyarət ediblər. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, ziyarətin məqsədi bu günlərdə start götürəcək Azərbaycan birinciliyi öncəsi U-13, U-15 və U-17-yə dəstək vermək olub.
İlk öncə “Qarabağ” uşaq futbolunun koordinatoru Hemdi Serpil Tüzün klub rəhbərliyinə uşaq futboluna göstərdiyi qayğı və diqqətə görə təşəkkür edib. Klub rəhbərliyinin ziyarətini onlar üçün böyük dəyər daşıdığını və bu qayğını çempionat zamanı ən yaxşı nəticələrlə dolğunlaşdıracaqlarını bildirib.
Klubun vitse-prezidenti Tahir Gözəl futbolçularla bir-bir görüşərək, gördükləri işin qədrini bilmələrini xüsusilə qeyd edib. “Qarabağ”da olmaqlarının bir fərqlilik olmasını, gələcəkdə bir şəxsiyyət kimi yetişmələrində hal-hazırda yaradılmış şəraitin önəmindən danışıb. Böyük futbolçu olmaq üçün ilk növbədə şəxsiyyət kimi formalaşmağın vacibliyini vurğulayıb. 
Sonra isə Ercan Alkan və Rahmi Yaşar gənc futbolçular önündə çıxış edib. Ercan bəy gəncliyində idmanla məğul olduğunu, idmanın insanın həyatda rolunun mühumliyindən danışıb. Rahmi bəy isə “Qarabağ” adının Azərbaycan üçün vacibliyindən, hər bir gənc futbolçunun şərəfini qoruduğu klubun anlamından danışıb.
Əmrah Çəlikəl isə uşaq futbolunun “Qarabağ” üçün çox önəmli olduğunu, yeni Maksimlər, Rauflar, Əfranların peyda olması üçün hər şeyin özlərinin əlində olduğunu vurğulayıb.
Sonda isə U-17, U-15, U-13  kapitanları Elmin Əlizadə, Vüqar  Mövlamov, Rəşad Vəliyev çıxış edərək klub rəhbərliyinə təşəkkür edərək onlara ən yaxşı nəticlərlə sevindirəcəklərinə söz veriblər.