QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” qələbə qazandı, dörd pillə gerilədi (korner.az)
zərbaycanın “Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (BFTSF) reytinqində dörd pillə geriləyib. “Korner.az” xəbər verir ki, cümə günü “Xəzər Lənkəran”ı minimal hesabla məğlub edən ağdamlılar hazırda 263-cü yerdədilər. “Ağ-göylər” 76 xalla bu pilləni “Sportinq Xixon”, “Loryan” və “Viqan” kimi klublarla bölüşür. “Qarabağ” reytinqdə arxada qoyduğu komandalar arasında xeyli tanınmışları da var. Belə ki, “Stok Siti”, “Nansi”, “Anortosis”, “Soşo”, “Aberdin”, “Santos”, “Moskva”, “Vest Hem”, “Malaqa”, “Feyenord”, “Rapid”, “Kyevo” və başqaları təmsilçimizdən geri qalır.
Reytinqə 326 xalla “Mançester Yunayted” başçılıq edir. İlk üçlüyü “Barselona” (298) və “Şaxtyor” (293) qapayır.