QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"QARABAĞ" ERMƏNİSTAN KLUBUNDAN ÖNDƏ (supersport.az)

"ŞAXTYOR" DÜNYADA 3-CÜDÜR

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən güclü klublarının siyahısını açıqlayıb.

Supersport.Az-ın məlumatına görə, 350 komanda sırasında Azərbaycan təmsilçisi "Qarabağ" yenə də yer alıb. Ağdam klubu əvvəlki ayla müqayisədə geriləyib. 76 xala malik komanda 259-cu pillədən 263-ə enib. Ermənistan klubu "Pünik" (74 xal) isə 272-cidir. Qeyd edək ki, reytinqə "Mançester Yunayted" (326 xal) başçılıq edir. "Barselona" (298 xal) ikincidir. Ukrayna klubu "Şaxtyor" (293 xal) 5-ci pillədən 3-cü yerə qalxıb.