QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Emin İmaməliyev və Aftandil Hacıyev meydana qayıdır (qol.az)

“Qarabağ” sabah Azərbaycan kubokunun 1/8 final mərhələsini ilk oyunları çərçivəsində “Şahdağ”a qarşı keçirəcəyi oyuna tam hazırdır. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ağdam klubu bu gün səhər sonuncu məşqini keçdib. Hazırlıq prosesində yalnız Rəşad Sadıqov iştirak etməyib.
Sabahkı matçda son vaxtlar zədədən əziyyət çəkən və bu səbəbdən də yaşıl meydana bir müddətdir görünməyən Aftandil Hacıyev, Aslan Kərimov və Emin İmaməliyevin oynayacağı gözlənilir.
“Qarabağ” - “Şahdağ” oyunu Suraxanı qəsəbə stadionunda keçiriləcək.