QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl Rauf Əliyevi təbrik etdi (korner.az)
Vitse-prezident “Qarabağ”dan razıdı

“Qarabağ”ın vitse-prezidenti klub üzvləriylə görüşüb. “Korner.az” xəbər verir ki, komandanı ziyarət edən klub rəsmisini bu gəlişi haqda klubun saytında məqalə yerləşdirilib. Onu olduğu kimi diqqətinizə çatdırırıq: 


Uğura gedən yolda bütünləşmiş kollektiv, hər kəsin bir amal naminə tək yumruq olması cox vacibdir. Heç şübhəsiz, ölkənin ən köklü klublarından olan “Qarabağ” Futbol Klubu dəfələrlə bunu nümayiş etdrib. Rəhbərlikdən tutmuş ən sıravi işçiyə qədər `Qarabağ`da hər kəs futbolçudur. `Qarabağ`ın uğurları naminə. Ötən mövsüm buna əla nümunədir. `Qarabağ`ımız kuboka uzandı və Avropada Azərbaycan futbolunun ən böyük uğuruna imza atdı. Daim komandanın yanında olan klubumuzun vitse-prezidenti Tahir Gözel bir neçə gün öncə yeniyetmə və uşaq komandalarını ziyarət etdiyini və onlara xeyir-dua verdiyini xəbər vermişdik.

Bu dəfə isə sıra əsas komandamızda idi. Bu gün klub başqanı futbolçuları ziyarət edib. Futbolçularla tək-tək görüşən Tahir bəy `Qarabağ`ın uğurlu gedişinə toxundu. Son zamanlar komandanın möhtəşəm təsir bağışladığını və daha böyük işlər görə biləcəklərinə inandığını bildirdi. Hər bir zirvəyə pillə-pillə yüksəlməyin daha faydalı olduğunu vurğulayan Tahir bəy ötən mövsüm kuboku qazanan komandanın daha böyük uğurlara motivasiya olmasının zamanı çatdığını söylədi. Avrokuboklardakı çıxışın ölkəmizə gətirdiyi sevinci xatırladan başqanımız Azərbaycanın daha da sevindirmək üçün hər şeyin onların əlində olduğunu bildirib. İndi qarşıda daha bir məqsəd var: çempionluq. Uzun müddətdir bu titula həsrət qalan komandamızdan Tahir bəy məhz bu zəfəri istədiyini gizlətmədi.
Bu arada Tahir bəy son oyunlarda vurduğu qollarla hər kəsin rəğbətini qazanan Rauf Əliyevi yanına çağırıb, ona son matclardakı başarılarına görə təbrik etdi və daha böyük uğurlar gözlədiyini gizlətmədi.

`Qarabağ`ımızın başarılı çalışdırıcısı Qurban Qurbanov isə öz nitqində hər zaman komandanın yanında olan Tahir bəyə təşəkkür etdi. Başqanın ən çətin anlarda komandaya sahib çıxdığını, güvəndiyini bildirən Qurban müəllim bu günün `Qarabağ`ın məhz Tahir Gözelin təfəkkürünün məhsulu olduğunu bildirib. Bu gün Azərbaycan millisinə ən çox futbolçunun `Qarabağ`ın verdiyini deyən gənc mütəxəssis bunun texniki cəhətdən işlərinə çətinlik yaratdığını bildirsə də, milliyə ən çox futbolçu veməkdən şərəf duyduqlarını bildirib. Və mövsümün sonunda başqana məmnuniyyət gətirəcək durumda olacaqlarını bildirib.

Aslan Kərimov da danışdı. Kapitan `Qarabağ` hər 2 cəbhədə mübarizə aparmağa qadir olduğunu bildirdi. `Qarabağ`ın özünəməxsus yolu olduğunu yerli futbolçuların üzərlərinə özəl missiya götürdüklərini dedi. Sonuncu kubok oyununda meydanda xeyli sayda gənc futbolçunun çıxmasının `Qarabağ`ın gələcəyinin əmin əllərdə olmasını göstərdiyini ifadə etdi.