QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tahir Gözəl "Qarabağ"dan çempionluq istədi - FOTOLAR (fanat.az)

"Azərbaycanın daha da sevindirmək üçün hər şey öz əlinizdədir"

Fanat: Bu gün "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl futbolçuları ziyarət edib. Fanat.az xəbər verir ki, futbolçularla tək-tək görüşən Tahir bəy "Qarabağ"ın uğurlu çıxışına toxunub.
Son zamanlar komandanın möhtəşəm təsir bağışladığını və daha böyük işlər görə biləcəklərinə inandığını bildirən vitse-prezident, zirvəyə pillə-pillə yüksəlməyin daha faydalı olduğunu deyib. Tahir bəy ötən mövsüm kuboku qazanan komandanın daha böyük uğurlara motivasiya olmasının zamanı çatdığını söyləyib, avrokuboklardakı çıxışın ölkəmizə gətirdiyi sevinci xatırladıb və Azərbaycanın daha da sevindirmək üçün hər şeyin onların əlində olduğunu bildirib. O, bildirib ki, indi qarşıda daha bir məqsəd var: çempionluq. Uzun müddətdir bu titula həsrət qalan komandadan Tahir bəy məhz bu zəfəri istədiyini gizlətməyib.
Tahir bəy son oyunlarda vurduğu qollarla hər kəsin rəğbətini qazanan Rauf Əliyevi yanına çağırıb, onu başarılarına görə təbrik etib və daha böyük uğurlar gözlədiyini deyib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə öz çıxışında hər zaman komandanın yanında olan Tahir bəyə təşəkkür edib. Vitse-prezidentin ən çətin anlarda komandaya sahib çıxdığını, güvəndiyini bildirən Qurban bəy "Qarabağ"ın məhz Tahir Gözəlin təfəkkürünün məhsulu olduğunu bildirib.
Komandanın kapitanı Aslan Kərimov da danışıb. O, "Qarabağ"ın hər 2 cəbhədə mübarizə aparmağa qadir olduğunu bildirib.