QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad "Qarabağ"ın prinsipini pozdu (fanat.az)

"Şəfa"da başlayan seriya 15 ay sonra "Şəfa"da qırıldı

Fanat: "İnter"ə məğlub olan "Qarabağ"ın 15 aylıq seriyasına son qoyulub. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu son 15 ayda qol vurduğu oyunların heç birini xalsız tərk etməmişdi. Lakin "İnter"lə oyunda Rəşad Sadiqovun vurduğu qol "Qarabağ"ın prinsipinin pozulması ilə nəticələnib.
Qeyd edək ki, Ağdam klubu sonuncu dəfə ötən mövsüm - avqustun 23-də, 3-cü tur çərçivəsində "Standard"la səfər qarşılaşmasında qol vursa da, meydanı məğlub tərk etmişdi. Maraqlıdır ki, həmin görüş də "Şəfa" stadionunda baş tutmuşdu. "Standard"la oyunda da "Qarabağ" 2:0 hesabı ilə geri düşmüş, matçın 87-ci dəqiqəsində Nidal Ferhatoviç ağdamlıların təsəlli qoluna imza atmışdı. Bu dəfə isə eyni işi, özü də eyni vaxtda - 87-ci dəqiqədə Rəşad Sadiqov gördü.