QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadıqov məşqlərə başladı (qol.az)

"Artıq bir neçə gündür Bakıdayam. Türkiyədə keçirdiyim 3 həftənin mənə çox köməyi dəydi”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandamızın kapitanı, “Qarabağ”ın üzvü Rəşad Sadıqov deyib. Təcrübəli futbolçu bildirib ki, artıq məşqlərə başlayıb: “Türkiyədə həm keçdiyim məşqlər, həm də aldığım müalicənin böyük fayda verəcəyinə inanıram. Hazırda ağrılarım böyük ölçüdə azalıb. Artıq ağır, fiziki məşqlərə başlamışam. Lakin hələlik komandayla deyil, fərdi şəkildə məşq keçirəm. Həkimlər bir həftə məşq etməyimi istəyirlər. Bundan sonra isə Türkiyədəki həkimimlə əlaqə saxlayaraq, ona zədəmin nə yerdə olduğu barədə məlumat verəcəyəm. Əgər elə bir ciddi problem olmasa, komandayla məşqlərə başlayacağam. Yox, əgər görsək ki, ağrılar yenə də var, o zaman artıq müayinədən keçmək üçün yenidən Türkiyəyə qayıtmaq məcburiyyətində qalacam."