QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Yenidən "Qarabağ"ın əsas heyətində oynamaq istərdim" (fanat.az)

Şəhriyar Xəlilov: "Bəxtim onda da gətirb ki, uzun müddət Aslan Kərimovla bir otaqda qalmışam"

Fanat: "Əlbəttə, hər bir gənc futbolçu əsas komandada oynamaq istər. Uzun müddət zədələr mənə oynamağa imkan vermirdi. Şükür Allaha ki, artıq bu problemi arxada qoymuşam". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasının formasını geyinən Şəhriyar Xəlilov deyib.
18 yaşlı futbolçu yenidən "Qarabağ"ın əsas heyətinə dönmək istədiyini bildirib: "3 ildi "Qarabağ"dayam. Bu komandada gənclərə verilən şans heç harda verilmir. Mənim bəxtim onda da gətirb ki, uzun müddət Aslan Kərimovla bir otaqda qalmışam. Aslan əsl peşəkar və öyrənilməsi çox şey olan əsl böyük qardaşdır. Ondan şey öyrənmişəm. Zədələrə görə çox əziyyət çəksəm də, sona qədər dözdüm. İndi artıq hər şey geridə qalıb. Təbii ki, yenidən "Qarabağ"ın əsas heyətində oynamaq istərdim. O formanı əynimə geysəm çətin ki bir daha çıxarım. Amma bilirəm ki, 2-ci komandada nə qədər yaxşı oynasam əsas komandaya daha tez çağrıla bilərəm. Eyni zamanda U-19-un üzvüyəm. Gələcək hədəflərimdə əsas millinin də formasının geyinmək var. Amma bunun üçün çox çalışmalıyam".
Qeyd edək ki, Şəhriyar "Qarabağ"ın əsas heyətində 2008-ci ilin fevralında debüt etmişdi. Sonradan zədələr onun müəyyən müddətdə karyerasında durğunluq yaratsa da, 4 ay əvvəl dizindən əməliyyat keçirən yarımmüdafiəçi artıq formasını bərpa edib.