QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Rəşad Sadıqov Dubaya gedir (apasport.az)
Rəşad Sadıqov yenidən kapitanı olduğu Azərbaycan milli komandasına çağırılıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, neçə vaxtdır zədədən əziyyət çəkən və bu səbəbdən ölkənin əsas komandasından uzaq düşən 27 yaşlı müdafiəçi düşərgəyə cəlb edilib.

Sadıqov noyabrın 12-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində təlim-məşq toplanışında olan və orada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək yığmanın hazırlıqlarına qatılacaq. Ağdamın “Qarabağ” klubunun futbolçusu ayın 15-də millinin düşərgəsinə yola düşəcək. Zədəli olduğu üçün millinin həkimləri tərəfindən müayinə olunacaq Rəşad fərdi qaydada məşq edəcək.