QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Şəhriyar Xəlilov: “O formanı əynimə geysəm, çətin ki bir daha çıxarım” (korner.az)
“Qarabağ”ın əvəzedicilərdən ibarət komandasının ən güclü oyunçularından biri olan Şəhriyar Xəlilov klubun saytına müsahibə verib. “Korner.az” xəbər verir ki, “Qarabağ”ın əsas heyətində 2008-ci ilin fevralında debüt edən futbolçu, sonradan zədələr üzündən karyerasında durğunluq yaramış, 4 ay bundan əvvəl isə dizindən əməliyyat keçirmişdi. Ancaq indi bu futbolçu sıraya dönüb və iddialı duruma gəlib. Şəhriyarı dinləyək: “Əlbəttə, hər bir gənc futbolçu əsas komandada oynamaq istəyər. Uzun müddət zədələr mənə oynamağa imkan vermirdi. Şükür Allaha ki, artıq bu problemi arxada qoymuşam. 3 ildi “Qarabağ”dayam. Bu komandada gənclərə verilən şans heç harda verilmir. Mənim bəxtim onda da gətirib ki, uzun müddət Aslan Kərimovla bir otaqda qalmışam. Aslan əsl peşəkar və öyrənilməsi çox şey olan əsl böyük qardaşdı. Ondan şey öyrənmişəm. Zədələrə görə çox əziyyət çəksəm də, sona qədər dözdüm. İndi artıq hər şey geridə qalıb. Təbii ki, yenidən “Qarabağ”ın əsas heyətində oynamaq istərdim. O formanı əynimə geysəm, çətin ki bir daha çıxarım. Amma bilirəm ki, 2-ci komandada nə qədər yaxşı oynasam əsas komandaya daha tez çağırıla bilərəm. Eyni zamanda U-19-un üzvüyəm. Gələcək hədəflərimdə əsas millinin də formasının geyinmək var. Amma bunun üçün çox çalışmalıyam”.