QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" yenə parçalandı (fanat.az)

Qurban Qurbanovun sərəncamında 8 futbolçu qalıb

Fanat: "Qarabağ" hazırlıqlarını davam edir. Fanat.az xəbər verir ki, həftəsonu "Olimpik-Şüvəlan"la qarşılaşacaq komanda gündə 2 dəfə olmaqla məşqlər keçir. 
Əksəriyyəti Suraxanı qəsəbə stadionunda baş tutan çalışmalarda "Qarabağ" tam heyətlə hazırlaşmır. Məlum olduğu kimi millimizin beynəlxalq turnirdə iştirak etməsi "Qarabağ"ın 8 futbolçusunun  - Fərhad Vəliyev, Rəşad Sadiqov, Maksim Medvedev, Elnur Allahverdiyev, Vüqar Nadirov, Elvin Məmmədov,  Vaqif Cavadovla yanaşı zədəli Rəşad Sadıqovun da  Birləşmiş Ərəb Əmirliklərinə yollanmasına səbəb olub. Eyni zamanda Əfran İamayılov, Natiq Kərimi, Emin Mustafayev, Fərrux İamayılov U-21-in düşərgəsindədir. Qara Qarayevlə Tural Nərimanov isə "Bavariya"nın düşərgəsinə yollanıb. Beləliklə, hazırda "Qarabağ"ın düşərgədə olan cəmi 8 futbolçu qalıb: Aslan Kərimov, Sahil Kərimov, Zaur Həşimov, Admir Teli, Aftandil Hacıyev, Ayxan Abbasov, Emin İmaməliyev və Rauf Əliyev. Bu səbəbdən Qurban Qurbanov normal məşq keçə bilmək üçün əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandaya dəvət edib.