QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” 8 futbolçunun ümidinə qalıb (qol.az)

Ağdamın “Qarabağ” klubu həftəsonu keçirəcəyi “Olimpik-Şüvəlan” matçının hazırlıqları davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə,  komanda gündə 2 dəfə olmaqla məşq edir. Əksəriyyəti Suraxanı qəsəbə stadionunda baş tutan çalışmalarda milli üzvləri iştirak etmir. Məlum olduğu kimi millimizin beynəlxalq turnirdə iştirak etməsi “Qarabağ”ı 8 futbolçusunun  - Fərhad Vəliyev, Rəşad Sadiqov, Maksim Medvedev, Elnur Allahverdiyev, Vüqar Nadirov, Elvin Məmmədov,  Vaqif Cavadovla yanaşı zədəli Rəşad Sadıqovun xidmətindən məhrum edib. Üstəlik, Əfran İsmayılov, Natiq Kərimi, Emin Mustafayev, Fərrux İamayılov U-21-in, Qara Qarayevlə Tural Nərimanov isə “Bavariya”nın düşərgəsindədir. Beləliklə, Qurban Qurbanov 8 futbolçu ilə hazırlıq keçmək məcburiyyətindədir. Bunlar Aslan Kərimov, Sahil Kərimov, Zaur Həşimov, Admir Teli, Aftandil Hacıyev, Ayxan Abbasov, Emin İmaməliyev və Rauf Əliyevdir. Əlavə olaraq isə əvəzedici heyətdən bir neçə futbolçu əsas komandanın hazırlıqlarına cəlb olunub.