QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Türkiyənin tanınmış həkimi “Qarabağ”ın düşərgəsini ziyarət etdi (qol.az)

Qarabağ”ın sadiq azarkeşi, azəriəsilli Türkiyənin ünlü həkimi Məhmət Binnət bu gün “Qarabağ”ın düşərgəsini ziyarət edib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Binnəti baş məşqçi Qurban Qurbanov və uşaq futbolu koordinatoru Həmdi Serpil Tüzün qarşılayıb. Qurban Qurbanovla söhbətində tanınmış həkim “Qarabağ”ın oyunlarını daim izlədiyini bildirib: “Qarabağ”ın Avroliqadakı başarıları zamanı çox sevindim. “Qarabağ” a qarşı özəl sevgim “Qarabağ” adından qaynaqlanır. Həyatımın sonuna qədər “Qarabağ” mənim üçün dəyərli olacaq. Hətta çempionat oyunlarını da izləməyə çalışıram. Mümkün olmayanda isə daim azəri kanallarını izləyən anamdan məlumatları alıram”.
Məhmət Binnət sonda bu mövsüm “Qarabağ”ın çempion olacağına da inandığını bildirib.