QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Mehmet Binnet "Qarabağ"ın düşərgəsini ziyarət etdi (fanat.az)

Türkiyəli həkim Ağdam klubunun oyunları ilə bağlı məlumatları anasından alır

Fanat: Türkiyənin dünyaca məşhur həkimi, Azərbaycan əsilli Mehmet Binnet "Qarabağ"ın düşərgəsini ziyarət edib. Fanat.az xəbər verir ki, Bakıya hər səfəri zamanı "Qarabağ"a baş çəkməyi unutmayan Mehmet bəyi baş məşqçi Qurban Qurbanov və uşaq futbolu üzrə koordinator Hemdi Serpil Tüzün qarşılayıb.
Qurbanovla söhbətdə "Qarabağ"ın oyunlarını daim izlədiyini bildirən Binnət komandanın Avroliqadakı uğurları zamanı çox sevindiyini bildirib. Tüzün də öz növbəsində türkiyəli həkimin "Qarabağ"da çox sevildiyini öncədən duyduğunu bildirib. Mehmet bəy isə Həmdi Serpil Tüzünə seçimiylə gələcək yolunda əhəmiyyətli addım atdığını deyib. "Qarabağ"ın çempionat oyunlarını da izləməyə çalışdığını deyən həkim mümkün olmayanda isə daim azəri kanallarını izləyən anasından məlumatları aldığını bildirib.
Sonra Mehmet bəy və doktorla birlikdə "Qarabağ"ı ziyarət edən Mərkəzi klinikanın ortpediya və travmatologiya şöbəsinin müdiri Elgiz Qasımov "Qarabağ"ın zədəli futbolçularının durumu ilə maraqlanıb. Bir-bir hər futbolçuyla maraqlanan Mehmet bəy futbolçuların  hansı mövqedə oynamasıyla da maraqlanmaqla, komandanı nə qədər tanıdığını göstərib. Sevindirici haldır ki, ümumi müayinə sonunda futbolçularda ciddi nasazlıq qeydə alınmayıb.