QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Tanınmış türkiyəli həkim Mehmet Binnet “Qarabağ”ın qonağı oldu (90plus.info)

90plus.info “Qarabağ” klubunun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyənin ad-sanlı, nüfuzlu həkimi Mehmet Binnet bu gün “Qarabağ”ı ziyarət edib.  Qonağı komandanın baş məşqçisi Qurban Qurbanov və uşaq futbolu koordinatoru Hemdi Serpil Tüzün qarşılayıb. Doktor Binnet Qurban Qurbanovla söhbəti zamanı “Qarabağ”ın oyunlarını daim izlədiyini bildirib. O, “Qarabağ”ın avroliqadakı uğurlu çıxışı zamanı çox sevindiyini qeyd edib. Klubun uşaq futbolu koordinatoru Hemdi Serpil Tüzün  də öz növbəsində Mehmet Binnətin “Qarabağ”da çox sevildiyini öncədən duyduğunu qeyd edib. “Qarabağ” “Qarabağ”a qarşı özəl sevgisinin “Qarabağ” adından qaynaqlandığını bildirən ünlü həkim həyatının sonuna qədər bu komandanın onun üçün dəyərli olacağını bildirib. Mehmet bəy hətta “Qarabağ”ın çempionat oyunlarını da izləməyə çalışdığını, mümkün olmayanda isə daim azəri kanallarını izləyən anasından məlumatları aldığını vurğulayıb.
Sonra Mehmet bəylə birlikdə “Qarabağ”ı ziyarət edən Mərkəzi klinikanın ortpediya və travmatologiya şöbəsinin müdiri Elgiz Qasımov “Qarabağ”ın zədəli futbolçularının durumu ilə maraqlanıblar. Ümumi müayinənin sonunda futbolçularda ciddi nasazlıq qeydə alınmayıb.