QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ"da yeni təyinat (fanat.az)

Anar Məmmədli Ağdam klubunda hansı vəzifəni tutacaq

Fanat: "Qarabağ"da yeni təyinat baş tutub. Fanat.az xəbər verir ki, dünya klubu olmağa çalışan Ağdam təmsilçisi peşəkar sistemin qurulması məqsədi ilə Anar Məmmədlini klubun layihə və inkişaf üzrə məsul şəxs təyin edib.
Nəzərinizə çatdıraq ki, Məmmədli Amerika Birləşmiş Ştatlarında (ABŞ) Vilmington Univesitetinin magistr dərəcəsini bitirib. Biznes işinin idarə olunması üzrə mütəxəssisdir.
O, "Qarabağ"ı seçməyini belə əsaslandırır: "Qarabağ"ın bir dünya klubu olması yolunda apardığı islahatlar, gördüyü işlər həqiqətən cox cazibədardır. Bu gündən etibarən "Qarabağ"da klubun inkişafı yolunda fərqli və sistemli layihələr həyata keçirməyə başlayacağıq. "Qarabağ"ı seçməyimdə əsas amil kimi də "Qarabağ" ruhunu qeyd etmək istərdim".