QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
«Qarabağ» 13 pillə irəliləyib «ilk 250-liyə» düşdü (korner.az)

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünya klublarının növbəti reytinq cədvəlini açıqlayıb. Siyahıya «Mançester Yunayted» rəhbərlik edir. Onu «Barselona»nı geridə qoyan «Çelsi» izləyir. Siyahıda Azərbaycan klublarından yalnız biri yer alıb. Bu, 76 xalı olan «Qarabağ»dı. Təmsilçimiz 249-cu pillədə qərarlaşıb. Ağdam klubu bu pilləni «Gijon» (İspaniya), «Santos» (Braziliya) və «Loryen»lə (Fransa) bölüşür. Qeyd edək ki, «Qarabağ» ötənaykı reytinqdə 262-ci yerdə idi.