QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
"Qarabağ" dünyanın ən güclü 250 klubu arasında! (fanat.az)

Ağdam klubu "Trabzonspor"u arxada qoydu

Fanat: "Qarabağ" dünya klublarının reytinq cədvəlində yüksəlişi davam edir. Fanat.az xəbər verir ki, ötən ay 3 qələbə qazanan komanda Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən açıqlanmış yeni reytinq siyahısında 13 pillə irəliləyib.
Ötən siyahıda 262-ci olan "Qarabağ" noyabrın nəticələrinə əsasən 250 klub siyahısına düşüb. Komandamız hazırda 249-cu pillədə qərarlaşıb. "Qarabağ"la eyni xal toplayan İspaniyanın "Sportinq", Braziliyanın "Santos", Fransanın "Loryan" klubları da eyni pillədə qərarlaşıb. Ağdam klubu Rusiyanın "Spartak",  Türkiyənin "Trabzonspor", İngiltərənin "Blakbörn", Fransanın "Soşo" klublarını qabaqlayır.
Qeyd edək ki, siyahıya əvvəlki kimi "Mançester Yunayted" başçılıq edir. "Barselona"nı 3-cü sıraya göndərən "Çelsi" 2-ci yerdə qərarlaşıb. Dünyanın ən güclü 350 klubu arasında Azərbaycanı sadəcə  "Qarabağ" klubu təmsil edir.