QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” “Qəbələ”yə itkilərlə yollanır (qol.az)
Unibank Premyer Liqanın XIII turunda “Qəbələ”ylə qarşılaşacaq “Qarabağ” bu gün səfərə yollanıb. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun heyətində ciddi itkilər var. Zədə və xəstəlik səbəbindən bir sıra futbolçular qarşıdakı matçı buraxmaq məıcburiyyətindədirlər. Məşqdə dizindən zədələnən Elvin Məmmədov 10 günlüyə sıradan çıxıb. Maksim Medvedyev, Əfran İsmayılovun da analoji problemləri var. Kapitan Aslan Kərimov da artıq 1 aydı zədədən əziyyət çəkir. “Turan”la oyunöncəsi xəstələnərək sıradan çıxan Emin İmaməliyevə Vaqif Cavadov və Vüqar Nadirov da qoşulub. Qara Qarayev və Tural İsgəndərovun da məlum səbəblərdən Almaniyada olduğunu nəzərə alsaq, “Qarabağ”ın “Qəbələ”ylə oyunda 8-9 futbolçusunun meydana çıxması sual altına düşür.