QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Qurban Qurbanovla Vaqif Cavadova kubok təqdim olundu (fanat.az)

Qurban Qurbanovla Vaqif Cavadova kubok təqdim olundu

Fanat: Bu gün "KomandA" qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən mükafatlar təqdim olunub. Fanat.az xəbər verir ki, 2009-cu ilin ən yaxşı futbolçusu və məşqçisini seçən qəzet, mükafata sahib çıxan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və Ağdam təmsilçisinin hücumçusu Vaqif Cavadova kubok verib.
"Muğan" çay evində təşkil olunan "KomandA"çıların bu tədbirinə demək olar ki, bütün mətbuat nümayəndələri qatılıb. Ölkənin öndə gedən qəzet, sayt və telekanallarının iştirak etdiyi mərasimdə qonaqlar çay süfrəsi arxasına dəvət olunub.
Tədbiri giriş sözüylə açan "KomandA" qəzetinin baş redaktoru Rəşad Ergün bütün qonaqları salamlayaraq, onlara təşəkkürünü bildirib. Keçirilən sorğu, onun nəticələri, keçirilmə qaydasıyla bağlı məlumat verən qəzet rəhbərindən sonra "Qarabağ"ın baş məşqçisi və hücumçusu ürək sözlərini bildirib. Hər iki futbol adamı onları bu mükafata layiq görən media nümayəndələri, "KomandA" qəzetinin redaksiya heyətinə təşəkkürünü bildirərək, belə yüksək adı qazanmalarından məmnun olduqlarını dilə gətiriblər.
Daha sonra jurnalistlərin suallarını cavablandıran qaliblər tədbirin sonunda media nümayəndələriylə bir stol arxasında səmimi söhbət edib.
Əlavə edək ki, "KomandA" qəzeti 2009-cu ilin ən yaxşı futbolçusu və məşqçisi sorğusunu yalnız idman jurnalistləri arasında keçirib.