QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
“Qarabağ” üçün şad xəbər (qol.az)
Həftə sonu Premyer Liqanın XVI turu çərçivəsində öz meydanında “Simurq”u qəbul edəcək “Qarabağ” qarşıdakı matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, vacib matçöncəsi komandanın problemlərinin aradan qalxması texniki heyəti sevindirir. Son 2-3 turda zədə və cəza səbəbindən optimal şəkildə çalışa bilməyən komandada artıq bütün problemlər arxada qalıb. Zədəli olduğuna görə “Standard”la oyunun ikinci yarısında meydana çıxan Elvin Məmmədov formasını bərpa etmək üzrədir. Eyni səbəbdən son 2 matçı buraxan Rəşad Sadiqov da artıq şansını gözləyir. Zədəsini sağaldan, lakin xəstəlik səbəbindən sonuncu oyunu buraxan Rəşad Sadıqov da kollektivlə məşqlərə çıxır və matçda çıxış etməməsi üçün heç bir səbəb yoxdur.