QARABAĞ FUTBOL KLUBU
Qarabağ TV
TPL
UEL
Vaqif Cavadov və Kamran Ağayev ən yaxşı oldu (fanat.az)

AFFA milli komandaların ən yaxşı oyunçularının adlarını açıqladı

Fanat: AFFA bu gün 2009-cu il üçün milli komandanın ən yaxşı futbolçusu və qapıçısının adını açıqlanıb. Fanat.az xəbər verir ki, mükafatlandırma mərasimi "Landmark" biznes mərkəzinin "Rotunda" zalında keçirilib.
səsvermədə Premyer Liqada çıxış edən klubların baş məşqçiləri, kapitanları, milli komandanın baş məşqçisi, texniki direktor və veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov iştirak edib. "Rotunda" keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov, vitse-prezidenti Elşad Nəsirov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Cingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, klub rəsmiləri, baş məşqçilər, idman ictimaiyyətinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan futbolunun 2009-cu ildəki uğurlarından ağızdolusu danışıb. Onun sözlərinə görə,  futbolçularımız bu il böyük uğurlar əldə edib. Baş katib həmçinin  yığmamızın tezliklə Avropa çempionatında iştirak etmək hüququ qazanacağını da bildirib.
Daha sonra ilin ən yaxşıları açıqlanıb. Məlum olub ki, 2009-cu ilin ən yaxşı qadın futbolçusu Ana Atayevadır. Ona mükafatı Çingiz Hüseynzadə təqdim edib. İlin ən yaxşı futzalçısı Rizvan Fərzəliyev elan edilib. Futzalçını veteran futbolçu Ələkbər Məmmədov mükafatlandırıb. Çimərlik yığmamızın ən yaxşı futbolçusu Elvin Quliyev seçilib. Ona mükafatı AFFA-nın baş katibi Elxan Məmmədov təqdim edib.
Gözlənildiyi kimi yığmanın ən yaxşı qapıçısı Kamran Ağayev olub. "Xəzər Lənkəran"ın qapıçısına mükafatı veteran futbol İsgəndər Cavadov verib. Vaqif Cavadov isə millinin ən yaxşı oyunçusu olub. Onu isə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov mükafatlandırıb.
Qeyd edək ki, Avropada yağan güclü qar səbəbindən Almaniyada da bir sıra təyyarə reysləri təxirə salındığından milli komandamızın baş məşqçisi Berti Foqts Bakıya dönə bilməyib və bu səbəbdən də tədbirə qatıla bilməyib.

İlin ən yaxşıları

Ən yaxşı qadın futbolçu - Ana Atayeva
Ən yaxşı futzalçı - Rizvan Fərzəliyev
Ən yaxşı çimərlik futbolçusu - Elvin Quliyev
Ən yaxşı qapıçı - Kamran Ağayev
Ən yaxşı futbolçu - Vaqif Cavadov